Qəzza sektorunda baş verən toqquşmada 8 fələstinli həlak olub

11 Oktyabr 2015 14:00 (UTC+04:00)

Qəzza sektorunda İsrail hərbçiləri ilə fələstinli nümayişçilər arasında baş verən toqquşmada 8 nəfər həlak olub, 50 nəfər isə yaralanıb.


Movqe.az Rusiyanın NTV telekanalına istinadla məlumat verir ki, toqquşma İordan çayının qərb sahilində fələstinlilərlə həmrəylik məqsədi ilə keçirilən nümayişdə baş verib.


İsrail ordusunun iddiasına görə, nümayişçilər əsgərlərə daş və yandırıcı maddə dolu şüşələr atmağa başlayıb və hərbçilər onlara atəş açmağa və gözyaşardıcı qazdan istifadə etməyə məcbur olub.


İordan çayının qərb sahilində vəziyyət son günlər xeyli kəskinləşib. Oktyabrın əvvəlindən başlayaraq İsrail hərbçiləri ilə toqquşmalarda yüzlərlə fələstinli yaralanıb, bir neçə nəfər isə həyatını itirib.