"Azərbaycana quru hesabla qalib gələ bilərdik"

11 Oktyabr 2015 18:30 (UTC+04:00)

Movqe.az Goal.az-a istinadla məlumat verir ki, Bonuççi millimizin vurduğu qolda Kyellini ilə anlaşılmazlığın əsas amil olduğunu qeyd edib.

"Bakıda yaxşı oynadıq. Amma əsas olan Avropa çempionatına birbaşa vəsiqədir. İdeal oyun göstərmiş sayılmarıq. Lakin qol buraxmadan da qalib gələ bilərdik. Rəqibin qol epizodunda Kyellini ilə aramda anlaşılmazlıq oldu. Bir-birimizi başa düşmədik. Şadam ki, fasilə ərəfəsində hesabda üstün duruma keçdik. İkinci hissədə isə məsələni bitirdik".