Bakıda "Hyundai", Gəncədə "Mercedes" yandı

11 Oktyabr 2015 19:00 (UTC+04:00)

Movqe.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus "Hyundai" markalı minik avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur.


Yanğın saat 02:34-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.


XXX


Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus həyətyanı sahədə dayanmış "Mercedes" markalı mınık avtomobilinin mühərrik hissəsi, salonu və 2 ədəd qabaq təkərləri yanmışdır. Avtomobilin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur.


Yanğın saat 06:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.