"Avropa çempionatında ilk oyunu qalib başa vurmaq lazımdır"

11 Oktyabr 2015 19:30 (UTC+04:00)

İngiltərə millisinin baş məşqçisi Roy Hocson komandanın AVRO-2016-a vəsiqə qazanmasını şərh edib. Movqe.az-ın Goal.az-a istinadən məlumatına görə, təcrübəli mütəxəsis bunları deyib:

"Uğur şansını artırmaq üçün Avropa çempionatında ilk oyunu qalib başa vurmaq lazımdır. Belə turnirlərdə qrup mərhələsinin oyunları 3 final matçına bərabərdir. Təsnifat mərhələsini liqa ilə müqayisə etmək olar. Amma Avropa çempionatında kiçik uğur olmadan keçinmək qeyri-mümkündür".