İstanbulda terror aktının əleyhinə keçirilmiş aksiyaya on min nəfər qatılıb

11 Oktyabr 2015 22:00 (UTC+04:00)

Movqe.az-ın "Frans Press"ə istinadən verdiyi məlumata görə, aksiya zamanı təhlükəsizliyin təmin edilməsinə çoxlu sayda polis əməkdaşı cəlb edilib.

Məlumata görə, baş vermiş faciədə hakimiyyəti günahlandıran bəzi etirazçılar hökumət əleyhinə şüarlar səsləndiriblər.

Etiraz aksiyaları həmçinin İzmir, Batman, Diyarbəkirdə keçirilib. Diyarbəkirdə polis aksiyanın dağıdılması zamanı gözyaşardıcı qazdan istifadə etməli olub.