Azərbaycanda deputatlığa namizədliyi qeydə alınanların sayı 1246-a çatdı

12 Oktyabr 2015 09:30 (UTC+04:00)

Movqe.az məlumat verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.


M.Pənahov qeyd edib ki, dairə seçki komissiyalarında 17 minə qədər, MSK-da isə 167 müşahidəçi qeydiyyatdan keçib.


İclasda həmçinin namizədliyin qeydə alınmasından imtina ilə bağlı dairə seçki komissiyalarının qərarları ilə bağlı MSK-ya daxil olmuş bir neçə müraciətə baxılıb. Baxılan müraciətlərin 2-i üzrə DSK-nın qərarı ləğv edilərək müraciət təmin edilib.