NƏDƏN,ORUC.RAMAZAN BİTİNCƏ,BAŞLAR?!

12 Oktyabr 2015 10:20 (UTC+04:00)

Ruhumuzu oxşayan bir deyim varmış. Türk şeirinin ustadlarından olan Nəcib Fazil müsəlman dünyasının yaşadığı dini idealları və gerçəkləri görərək, həmin təzadı cəmi bir cümləlik deyimində əbədiləşdirib. Dahiyanə deyilmiş həmin kəlam belədir: "namaz məsciddən çıxınca, həcc Məkkədən dönüncə, Oruc Ramazan bitincə başlar"!

Həqiqətən hər il dünyada İlahiyə tapınan insanların sayının statistik cazibəsi gözqamaşdırsa da, onun paralelində tüğyan edən küfr və ədalətsizliyin miqyası da artmaqdadır. Bir milyard yeddi yüz milyon insanın gözünün qarşısında Uca Yaradanın adı ilə qanlar tökülürsə, deməli, min aydan uca olan Ramazanda da insanlıq mənən təmizlənib ən ali səviyyəyə çata bilmir.

Üzü qibləyə sitayiş edənlərlə baş qibləyə çevrilib kəsilən adamların arasında qalıb müqəddəs məkanımız. Quranı Göylərdən yerə endirmək gerçəkdən də peyğəmbərlikdir, lakin onu uca saxlamaq və Şərin əlindən alıb Xeyirə xidmət elətdirmək də bir nömrəli vəzifədir. Ona görə evinizin uca yerində qoruyub hifz etdiyiniz Tanrı kitabını Allahin evinin başına dolananların zəkasına həkk elətdirməkdən başqa çarəniz yoxdur.

Səmavi kitabların yerə enməsi ilə qafalara gəlməsi arasındakı məsafə çox böyük imiş. Çünki ən azı 1400 ildir adamlar Allahın şah əsərlərini oxuyub da özləri ayrı kitablar yazırlar-yer üzünə hökmranlığın, əsarət və köləliyin kitablarını!

Dünyada bütün çəki vahidlərini və ölçü meyarlarını kəşf edən bəşəriyyət ərsəyə gətirdiyi nailiyyətlərlə insanlığı yeni-yeni təhlükələr qarşısında qoyub. Ona görə kilsələr, sinaqoqlar və məscidlərin mənən təmizləyib cəmiyyətə çıxardığı insan materialları ədalət etalonuna çevrilə bilmir. Fransada saxlanan çəki daşları, İsveçrədəki dəqiq saatlarla zamanın mizan-tərəzisini quranlar üçün kamil insan modeli hələ də tapılmır ki, tapılmır.

Hər il sayı sürətlə artan hacılar, kərbəlalar, məşhədilər təkcə mübarək bir dini status olmağı deyil, həm də toplumda inamı və imanı gücləndirməyə xidmət etməlidir. Bax əsil göstərici budur.

Birdən fərz etsəniz ki, bütün islam dünyası "Qara daşın" ziyarətindən qayıdıb, gərək onda hamı bütün adları və titulları bir kənara qoyub dünya daşlarından qardaşlıq, birlik və bərabərlik üçün evlər inşa etsinlər.

Mübarək Ramazan ayı başa çatndan sonra da hər kəs ki, yetimin, kimsəsizin, yoxsulun daxili ruh halına yaxınlığını davam etdirir,onların həyatına ilahi yardımı əzəli vəzifəsi kimi yerinə yetirnəkdən əlini götümür,cəmi bir ayın bəlli ritualları kimi deyil,orucun,namazın və həccin fəlsəfəsini aya,məscidə, və Məkkəyə bağlamıt,bax əsil mömun odur.

Əlbəttə,atesit olub da ədalətli olmaq mümkün deyil,hökmü ilə,yaxud dini fanatizm xülyasl ilə yaşamırıq.Lakin insan qulağınıdilini,sözünü və ruhunu yaradıcı bir qüvvəyə tabe tedirəndə daha güclü olur.

On görə seçdiyimiz mübarizənin və insanlara xidmət amalının ən yaxşı şüarı olaraq insanlığın gerçək tarixindən yaranmış,sınaqdan keçmiş deyimləri süngü ilə qarşılyablar içərilərindəki insanlığ oyadaraq ətrafların fərqli nəzərlərlə yanaşmalarına ehtiyacları var.

Əgər xeyirxahlıqdan alınan nəşənin daxili şövqünü istənilən tiryəki qəbul edənlər bilsəydilər,onlar günah əməllərindən geri durardılar.

Hamıya xeyirli günlər arzusu ilə, hər birinizə hüzur diləyir,millətimizə əminamanlığı təmənna edirik.Ramazan göylərində axtarılan kiçik Ay parçası əslində hər kəsin içində olmalıdır. Orucluğun əbədi fəlsəfəsi bax budur . İçərisində ay və işıq olanlar onu kənarda axtarmırlar!