İŞİD lideri Bağdadi ağır yaralanıb

12 Oktyabr 2015 10:34 (UTC+04:00)

Movqe.az "RİA Novosti" agentliyinə istinadən məlumat verir ki, Ənbarda İŞİD-ə qarşı döyüşən Sünni Şahvan Güclərinin komandiri Aşur əl-Mıhelavinin sözlərinə görə, Ənbarın Karabilə bölgəsində İŞİD liderinin avtomobil karvanına edilən hava hücumu nəticəsində Bağdadinin ağır yaralanması ilə bağlı kəşfiyyat məlumatları əldə olunub.


İraqın Daxili İşlər Nazirliyinin rəsmi internet saytında yayılan məlumata görə, ölkənin qərbindəki Ənbar vilayətində İŞİD-in avtomobil karvanına endirilən hava hücumunda çox sayda terrorçu öldürülüb. Ancaq öldürülənlər arasında Bağdadinin olub-olmaması barədə dəqiq məlumat yoxdur.