Sürücülər diqqət: Bakı-Sumqayıt yolunda tıxac var

12 Oktyabr 2015 11:07 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, "Bakı" futbol klubunun bazasının qarşısındakı körpüdən Şamaxinka deyilən əraziyə qədər avtomobillərin sıxlığı müşahidə olunur. Sıxlıq metronun "Avtovağzal" stansiyasının qarşısında aparılan tikinti səbəbindən yaranıb. Belə ki, Sumqayıtdan Bakıya gələn avtomobillər sözügedən ərazidə yolun daralması səbəbindən, həmin yolda sürəti azaldır bu isə tıxaca səbəb olur.


Qeyd edək ki, bü cür tıxaclar Bakı-Sumqayıt yolunda həftə içi hər gün, səhər saatlarında yaranır.