Abbas: "Yaxın günlərdə toyumdur" - video

12 Oktyabr 2015 11:15 (UTC+04:00)

Əməkdar artist Abbas Bağırovun Türkiyədə gizlin şəkildə evlənməsi ilə bağlı xəbər yayılıb.

Movqe.az-ın məlumatına görə, müğənni "Onlar" verilişinə açıqlamasında məsələyə aydınlıq gətirib:


"Şəxsi həyatımı qapalı saxlamağı sevirəm. Ailə qurmamışam, amma yaxın günlərdə toy olacaq. Hamı bunu toyumdan sonra biləcək. Mediadan gizlətmək üçün başqa yerdə toy etməyi düşünürəm. Amma bu xarici ölkə deyil. Azərbaycanda elə məkanlar var ki, oranı görən heyrətlənir. Mənim məclisim də o yerlərdən birində baş tutacaq. Heç kimin mənim toyumun günündən, saatından xəbəri olmayacaq".