İki Azərbaycan filmi Avstriyada mükafata layiq görülüb

12 Oktyabr 2015 11:55 (UTC+04:00)

"Azərbaycanfilm" kinostudiyasında istehsal olunan "Nabat" bədii filmi Avstriyada LET’S CEE Beynəlxalq Film Festivalında nümayiş olunub. Movqe.az-ın APA-ya istinadən məlumatına görə, nümayişlərdə filmlərin yaradıcı heyəti iştirak edib.

Festivalın yekununda Nabat rolunun ifaçısı Fatima Motamed-Arya "Ən yaxşı baş rol ifaçısı" nominasiyasında qalib elan olunub. Asif Rüstəmovun müəllifi olduğu "Axınla aşağı" filmi isə "Ən ümidverici debüt" nominasiyasında fəxri mükafata layiq görülüb.

Qeyd edək ki, oktyabrın 8-də A. Rüstəmovun "Axınla aşağı" filminin Avstriyada premyerası keçirilmişdi. Hər il Mərkəzi və Şərqi Avropanın yüksək bədii təsviri ilə seçilən filmlərinin yer aldığı festival oktyabrın 11-də başa çatıb.