Azərbaycan Kubokunda ilk oyunların vaxtı açıqlanıb

12 Oktyabr 2015 14:30 (UTC+04:00)

Futbol üzrə Azərbaycan Kubokunda 2015/2016 mövsümünün ilkin təsnifat oyunlarının proqramı açıqlanıb.

Movqe.az Goal.az-a isitnadən məlumat verir ki, Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu mərhələdə I Divizion komandaları üz-üzə gələcək.

Oyunlardan 2-si Bakıda, 1-i Qusarda baş tutacaq. Qalib gələn komandalar 1/8 finala vəsiqə qazanacaqlar.









Azərbaycan Kuboku, ilkin təsnifat mərhələsi

14 oktyabr (çərşənbə)


14:00. MOİK (Bakı) – "Turan Tovuz"

"Bakı" klubunun təlim-məşq bazasının stadionu




14:00. "Şahdağ" (Qusar) – "Şəmkir"

Şövkət Orduxanov adına Qusar şəhər stadionu


20:00 "Şərurspor" – "Qaradağ Lökbatan"

"Bayıl Arena"