Əhməd Davudoğlu: "Bu hücumlar Türkiyəni Suriyaya çevirə bilməz"

12 Oktyabr 2015 15:30 (UTC+04:00)

"Belə partlayışlar və hücumlar Türkiyəni Suriyaya çevirə bilməz. Bu, 2001-ci ilin sentyabrında ABŞ-da, 2004-cü ildə İspaniyada törədilən terror aktları kimi inkişaf etmiş bir ölkəyə edilən hücum mahiyyətini daşıyır".

Movqe.az Türkiyənin "NTV" televiziyasına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Əhməd Davudoğlu deyib.

Baş nazir bildirib ki, hazırda istintaq getdiyindən detalları açıqlamaq istəmir: "Terroru törədənlərdən birinin "DHKP-C"-nin ("İnqilabçı Xalq Qurtuluş Partiyası - Cəbhəsi") Kandildə təlimatlandırdığı terroorçularından oldğunu bilirik.

Texniki araşdırmalar aparılıb. Bomba yoxdur. İlkin olaraq, İŞİD-lə bağlı məsələni araşdırırıq. Hüquqla davranmaq lazımdır. "DHKP-C" və PKK-nı da təqib edirik. Bu üç qruplaşma bizim üçün suçlu olaraq, görülür".

Onun sözlərinə görə, 3-4 gün öncə İstanbulda intiharçı-terrorçu partlayış törətməyə hazırlaşdığı zaman tutulub: "Ötən gecə Ankarada daha bir intiharçı-terrorçunun tutulduğunu da heç kim bilmir. Ankarada aksiya keçirlən gün "KCK" ("Kürd İcmaları Birliyi") aksiyaya qatılmayacağını bildirib. Bu, təsadüfüdürmü? Bunlara diqqət edilməlidir".