YAP Masallı rayon təşkilatı aparatı 1 noyabr Milli Məclisə seçkilərlə bağlı tədbir keçirdi

12 Oktyabr 2015 16:06 (UTC+04:00)

YAP Masallı rayon təşkilatı aparatında 1 noyabr Milli Məclisə seçkilərlə bağlı təb­li­ğat-təş­vi­qat kam­pa­ni­ya­sı­na uğur­la baş­la­dı.Yığıncağı giriş sözü ilə Masallının YAP partiya sədri  Sey­fəd­din Əli­yev açaraq bildirdi ki, ra­yon təş­ki­lat­ımız, onun fəalları Azər­bay­can Res­pub­li­ka­sı­nın Seç­ki Mə­cəl­lə­si­nin tə­ləb­lə­ri­nə uy­ğun ola­raq okt­yab­rın 9-dan par­la­ment seç­ki kam­pa­ni­ya­sı­na start verib.YAP tə­rə­fin­dən  Nə­ri­man Əli­ba­la oğ­lu Əli­yevin Azər­bay­can Res­pub­li­ka­sı­nın Mil­li Məc­li­si­nə de­pu­tat­lı­ğa na­mi­zəd­li­yi 70 say­lı Ma­sal­lı şə­hər Seç­ki Dai­rə­sin­dən irə­li sü­rül­üb. Namizədə uğurlar arzu edirəm. S.Əliyev onu da vurğuladı ki, qra­fi­kə uy­ğun ola­raq yerlərdə se­çi­ci­lə­rlə gö­rüş­lər ke­çi­ri­lə­cək­. Ölkə miqyasında aparılan islahatların tətbiqində YAP-ın böyük xidməti var. Partiyanı təmsil edən nümayəndə N.Əliyev də seçiciləri  arasında böyük hörmət qazanıb və onun ikinci dəfə namizədliyi YAP mərkəzi tərəfindən verilib. Sözçü dedi ki,  Masallı fəalları ölkədə iqtisadiyyatın dinamik sürətlə inkişafını təmin edən siyasətə münasibətini ötən seçkidə YAP-ı dəstəkləməklə bildirib. Əminik ki, bu dəfəki seçkidə də düzgün seçim edərək xalqın partiyası olan YAP-ın namizədinə dəstək verəcək. Çoxunun partiyası olan YAP-ın təbliğat - təşviqat kampaniyasını " Yeni hədəflərə doğru" çağırışı ilə davam etdirməsi təşkilatın proqramına uyğun olmaqla xalqla birliyinin təzahürüdür. Son illərdə ölkə miqyasında aparılan islahatlar Azərbaycanın iqtisadi qüdrətini möhkəmləndirdiyi kimi əhalinin sosial müdafiəsini də gücləndirib. Ürək açan uğurların qazanılması isə YAP-ın sədri, Prezident İlham Əliyevin qətiyyətlə davam etdirdiyi siyasətin bariz nümunəsi, Heydər Əliyev ideyalarının uğurlu davamıdır.  Azərbaycan son 10 ildə  müdrik ölkə rəhbərinin sayəsində böyük uğur qazanıb və beynəlxalq arenadakı mövqeyini gücləndirib. Bu gün Azərbaycan dinamik və sürətli inkişafı ilə dünyanı heyran qoyub. Zəngin siyasi təcrübə, yüksək peşəkarlıq, dərin bilik və yeni nailiyyətlərə can atan partiya sədri və ölkə Prezidenti möhtərəm İlham Əliyevin səyi, Azərbaycan Respublikasının uğurlu inkişafının etibarlı rəhnidir.

YAP-ın veteranı,  Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü  Şirvan Əbilov çıxışını ulu öndərlə bağlı xatirəsi ilə göz önünə gətirdi. Böyük şəxsiyyətlə müxtəlif illərdə görüşsə də onunla ilk görüşü 1992-ci ildə 40 nəfər ziyalı ilə Naxçıvana etdiyi səfər zamanı baş tutub. 1992-ci il noyabrın 20 - nə təsadüf edən bu səfərdə o zaman Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev onunla görüşə gələn 40 ziyalını qəbul edib, onların fikirlərini dinləyib. Ertəsi gün isə Naxçıvanda YAP-ın yığıncağı keçirilib. Ölkənin müxtəlif bölgələrindən gələn ziyalılar bu tədbirə qatılaraq Heydər Əliyevi YAP-ın sədri seçib. Şirvan Əbilov deyir ki, Heydər Əliyevin rəhbərliyi altında işlədiyim illəri unuda bilmərəm. Danışdı ki, 15 il Masallı rayon təşkilatının sədri kimi fəaliyyətimdə partiyanın boy sırasının artmasına, onun siyasi cəhətdən yetkin, ictimaiyyətdə fəal mövqeyi olan gənclərlə zənginləməsinə nail oldum. Rayon şöbəsinə rəhbərliyim dövründə Yeni Azərbaycan Partiyasının üzvləri Masallının ictimai həyatında böyük fəallıq göstərmiş, aparıcı mövqe tutub.Çox fərəhli haldır ki, indi onun sırası on mini ötüb keçib. Böyük şəxsiyyət Heydər Əliyevlə  altı dəfə görüşmüşəm. Bunun hər biri unudulmaz tarixi məqamdır.  Azərbaycan üçün ulu öndərin gördüyü işlər təkcə yaşadığı dövrə deyil, ölkənin gələcəyi, bu günü üçün də möhkəm bünövrə olmuşdur. Heydər Əliyevlə siyasi həmfikir və ideya ortağı kimi yaşadığım Mahmudavar kəndinə qayıdıb onun ideyasını yaymaq üçün təşkilati işə başladım. İlk növbədə, yaşadığım kənddə Yeni Azərbaycan Partiyasının özək təşkilatını yaratdıq. 1993-cü il fevralın 26-da isə partiyanın Masallı yerli təşkilatını təsis etdik. İlk təşkilatın sədriliyinə yekdilliklə siyasi həmfikirlərim məni seçdi. Partiyanın 1-ci üzvlük bileti Heydər Əliyevin, 71-ci bileti mənim adıma yazılıb. Ölkənin çətin günündə,  xalq cəbhəsi vaxtı xalq çox sınaqlarda qaldı, xalq cəbhəsi ölkəni tarimar elədi. Həmin vaxtı Nəriman Əliyev iş qurdu, sıfırdan başladı, respublikada tanınımış iş adamı oldu. Hörmətli Prezidentimiz gördü ki, iş adamını qiymətləndirməliyik. O, rayonda bir çox işlər görüb. Partiyaya sədaqətlidir. Onunla birlikdə işləmiş, ictimai fəallıq göstərmişik.YAP-ın ilk ərazi nümayəndəsi sırasında olub. Nə bacarırsa onu da edir. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü  Ş. Əbilov qeyd etdi ki, YAP-ın namizədi ağıllı, nəcabətli bir nəsildə böyüyüb. Nəriman müəllim özü də abırlı, həyalı, təmkinli bir insandır. 1968-ci ildə doğulub. 1985-ci ildə orta məkəbi bitirib, həmin ili Bakı Ticarət texnikumuna daxil olub və 1986 - 1988 - ci illərdə hərbi xidmət çəkib. 1990-cı ildə texnikumu bitirdikdən sonra əmək fəaliyyətinə başlayıb. 1998 - 2003 - cü ildə RF Rostov Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. 1999-cu ildə "Nur-M" MMC-ni təsis edib, indi də fəaliyyətdədir. Burda xeyli adam işləyir. Nəriman Əliyev  Milli Məclisin deputatlığıa namizədi, 2010-cu ildən  MM-in üzvü,  Milli Məclisin və insan hüquqları Komitəsinin üzvüdür. Partiya veteranı onu da dedi ki, Yeni Azərbaycan Partiyasının deputatlığa namizədlər siyahısındakı 117 şəxsdən 116 - sı yenidən deputat mandatı uğrunda mübarizə aparacaq. Bu siyahıda N.Əliyev də var.

Sonra Masallı rayon "Ziyalılar" cəmiyyətinin sədri Qardaş Fətullayev çıxışında əsasən vətəndaşın Konstitusiya ilə müəyyən edilmiş seçki hüququndan söz açdı . O, vurğuladı ki, bu  hüquq Azərbaycan Respublikasında seçkili dövlət orqanlarının təşkili qaydalarını nizamlayan hüquq normalarının sistemidir. Seçki hüququ ölkənin  Konstitusiyası ilə müəyyən edilir. Konstitusiyanın "Əsas insan və vətəndaş hüquqları və azadlıqları" adlı III fəslində təsbit edilmişdir ki,  Azərbaycan Respublikası  vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə  referendumda  iştirak etmək hüququ vardır. Seçki hüququ respublikanm digər qanunları-"Azərbaycan Respublikasmm Milli Məclisinə seçkilər haqqında", "Azərbaycan Respublikası Prezidentinin seçkiləri haqqında", "Referendum haqqında", "Bələdiyyələrə seçkilərin qaydaları haqqında" Azərbaycan Respublikasının qanunları da seçki hüququ mənbələridir. Vətəndaşların seçmək və seçilmək hüququ Azərbaycan Respublikasında dövlət işlərinin və ictimai işlərin idarə olunmasında onların iştirakı haqqında Konstitusiya ilə verilmiş hüquqlarıın ən mühüm hüquqi təminatıdır. Respublikanın vətəndaşları seçki qanunları ilə müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüququ əsasmda sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçib-seçilirlər. Seçkilər günü 18 yaşı tamam olan və ya yaşı 18-dən çox olan bütün Azərbaycan Respublikası  vətəndaşlar ının seçmək hüququ vardır. 18 yaşına çatmış və fəaliyyət qabiliyyəti olan vətəndaşların hamısı seçki hüququn malikdirlər. Mənşəyinə, siyasi baxışlarma, sosial və əmlak vəziyyətinə, irqi və milli mənsubiyyətinə, cinsinə, təhsilinə, dilinə, dinə münasibətinə, məşğuliyyət növünə və xarakterinə görə Azərbaycan Respublikası vətəndaşlannm seçki hüquqlarının birbaşa, dolayısı ilə və ya başqa şəkildə məhdudlaşdırılması qadağandır.

Sonra çıxış edən şəhər 1 nömrəli orta məktəbin direktoru, "Tərəqqi" medalı, Respublikanın Əməkdar müəllimi Mirqabil Hüseynov qeyd etdi ki, mə də 70 nömrəli dairədən seçiciyəm. Birinci növbədə Milli Məclisin deputatı və indiki namizədi Nəriman Əliyevin simasında əxlaqi keyfiyyəti düzgün olan bir şəxsi görürük. O, yenidən respublika deputatı olmağa layiqdir. İnanıram ki, ikinci dəfə də öz ləyqatini göstərəcək, Masallının adını yüksəldəcək. Rəhbəri olduğu təhsil ocağının uğurunu, bu ilki nailiyyətini diqqətə çatdıran Mirqabil müəllim namizədə müraciət edərək dedi ki, sizə gözəl və şərəfli işinizdə, gələcək fəaliyyətinizdə uğur diləyirəm. Milli Məclisin tərkibində məhz sizin kimi şəxs təmsil olunmalıdır.

Qafqaz Müsəlmanları İdarəsi Cənub bölgəsi üzrə Qazisi Hacı  Mirqiyas Təhməzov çıxışında bu iclası möhtərəm, ehtiramlı və qiymətli gün adlandırdı, müqəddəs Quran ayəsindən misal çəkdi. Dedi ki, Nəriman müəllimin ailə tərkibi Şeyx Əsədulla Axund olub. Atası Əlibala xeyirxah insan olub. Təzədən deputatlığa namzəd olan Nəriman müəllim öz hörməti, öz izzəti ilə tanınır.O, ziyalıdır. Nəsli, kökü tanınır. Ona görə səs verəcək, həmin gün seçki məntəqəsinə gedəcəyik. 

Milli Məclisin deputatlığına namizədi, MM-in üzvü,  Milli Məclisin və insan hüquqları Komitəsinin üzvü Nəriman Əliyev rayon fəalları qarşısındakı çıxışında bildirdi ki, ölkəmiz böyük inkişaf yolundadır.İdman tarixində ilk dəfə təşkil olunan Avropa Oyunları məhz ölkəmizdə keçirildi, tarixə düşdü. Belə bir Oyunları qəbul etmək və keçirmək, əlbəttə, ölkəmiz üçün həm böyük məsuliyyət, həm də böyük şərəf oldu. Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olmuşam və təzədən iddialıyam.  Onu da deyim ki, 2015-ci ildə keçiriləcək parlament seçkisində iştirak barədə qabaqcadan düşünmüşdüm.  Ölkəmizin hər yeri mənim üçün əzizdir, amma, Masaallı hamısından doğmadır. İnanıram ki, 70 saylı dairədə təzədən uğur qazana bilərəm. Məni dəstəkləyəcək hər kəsə əvvəlcədən təşəkkürümü bildirirəm. Parlament seçkiləri  Azərbaycanın müstəqil, demokratik ölkə olduğunu bir daha dünyaya nümayiş etdirəcək. Azərbaycanın bugünkü reallıqlarında öz payı olan YAP -  ın hər bir üzvü ölkəmizin qüdrəti ilə qürur duyur, inkişafa dəstək olmaq üçün ciddi səy göstərir. Yeni Azərbaycan Partiyasının ölkəmizdə keçirilən seçki proseslərindən uğurla çıxması bu inkişafın, tərəqqinin daha da sürətənlənməsində stimul rolunu oynayır. 1998, 2003, 2008  və 2013-cü  il prezident,  1995, 2000, 2005 və 2010-cu il parlament, 1999,  2004, 2009 və 2014-cu il bələdiyyə  seçkiləri Azərbaycan tarixinə YAP qələbəsi kimi qeyd olunub. 1 noyabr parlament seçkiləri  bir daha bu reallığı təsdiqləyəcək, ölkə başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşəcək.

Görüşdə iştirak edən Masallı rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqallar, ziyalılar bildirdi ki, Milli Məclisə seçkidə mövcud dövlət siyasətini dəstəkləməklə YAP-a inamını ifadə edəcək,YAP-a etimad göstərəcəkdir.

Axırda YAP-ın Masallı rayon təşkilatının sədri Seyfəddin Abusət oğlu Əliyev iclası yekunlaşdırıb rayon fəallarına uğur arzuladı.