Ronaldo «böyük beşlik»də təkbaşına 52 komandadan daha çox qol vurub!

15 Aprel 2012 19:02 (UTC+04:00)
İspaniya La Liqasında bu mövsüm 40 qola imza atan "Real"ın hücumçusu Kriştiano Ronaldo bu göstəriciylə Avropanın beş böyük çempionatında yer alan 52 komandanı geridə qoyub. Yəni portuqaliyalı təkbaşına bu komandaların hamısından daha çox qol vurub. Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı məlumata görə, "Atletiko" ilə son matçda het-trikə imza atan Ronaldo bununla da "Real"ın La Liqada cari mövsümdəki qollarının sayını 104-ə çatdırıb. Ronaldo şəxsən özü İspaniya çempionatında 12 komandadan - "Osasuna", "Sevilya", "Espanyol", "Hetafe", "Malyorka", "Betis", "Sosyedad", "Qranada", "Vilyarreal", "Sportinq Xixon", "Saraqosa" ve "Rasinq"dən daha çox qol vurub. Ümumilikdə isə Ronaldo Avropanın beş aparıcı çempionatının yüksək liqasında oynayan 98 komandadan 52-sini təkbaşına geridə qoyub.

Ronaldo A seriyasında 9 komandadan - "Kyevo", "Atalanta", "Siena", "Kalyari", "Bolonya", "Fiorentina", "Leççe", "Novara" ve "Çezena" daha artıq qola imza atıb. 27 yaşlı hücumçu Almaniyada səkkiz komandadan - "Hannover 96", "Hoffenhaym", "Nürnberq", "Hamburq" "Aysburq", "Köln", "Herta" "Kayzerslautern"dən daza artıq qola imza atıb. Ronaldo təkbaşına vurduğu qolların sayına görə İngiltərə Premyer Liqasında "Everton", "Stok Siti", "Vest Bromviç ", "Suonsi", "Aston Villa", "KPR", "Uiqan", "Bolton" ve "Vulverhempton"u keçə bilib. Avropa nəhənglərindən "Liverpul" isə Ronaldo ilə bərabər sayda qol vurub.