Mətanət Əliverdiyeva yeni verilişini tək aparmayacaq

12 Oktyabr 2015 23:00 (UTC+04:00)

ATV-nin aparıcısı Mətanət Əliverdiyeva yeni verilişini şoumen Azər Axşamla birlikdə aparacaq.

Movqe.az-ın məlumatına görə, aparıcılar bu haqda "Onlar"da xəbər veriblər.

Cütlüyün yeni proqramı həftəiçi beş gün saat 19:00-dan 21:00-a kimi efirdə olacaq.

Yeni layihədən danışan A.Axşam bunun fərqli şou olacağını iddia edib:

"Partladacayıq, məhv edəcəyik. Serialdakı rolumuz yaxşı alındı. Dedik ki, bunu verilişdə də edək. Maraqlı şou olacaq. Çünki belə bir veriliş hələ olmayıb. İki aparıcının olacağı şounu çoxdan arzulayırdım".

M.Əliverdiyeva isə "Yarışma tipli proqramdır. Tamaşaçılar hədiyyələr qazanacaq" deyə, əlavə edib.