Azərbaycanda psixi xəstəliklər cavanlaşır-Baş psixiatr

13 Oktyabr 2015 10:00 (UTC+04:00)

Əhalı arasında ruhı xəstələrin sayı artır. Demək olar ki, hər il 5 min nəfərə yaxın yeni ruhi xəstə qeydiyyata alınır. Bu barədə 10 oktyabr ümumdünya psıxı sağlamlıq günü mövzusunda keçirilən tədbirdə məlumat verilib. Bildirilib ki, 2012-cı ıldə ölkəmızdəkı müalıcə-profılaktıka müəssısələrındə qeydıyyatda olan psıxı xəstələrın sayı 121 min 139 nəfər olduğu halda hazırda ölkəmizdə ruhı xəstələrın sayı 130 min nəfərə yaxındır. Azərbaycanın baş psixiatrı, Tibb Universitetinin Psixiatriya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Gəray Gəraybəyli Movqe.az-a açıqlamasında bildirib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da psixi xəstələrin sayı artır. G. Gəraybəyli Azərbaycanda əsasən kəskin psixi xəstəliklərin, şizofreniya xəstələrinin deyil, əsasən stress, depressiv əlamətləri olan psixi xəstələrin sayının artdığını söyləyib. Onun sözlərinə görə, bu cür xəstələrin sayının artmasına səbəb insanların psixi müdafiəsinin zəif olmasıdır. Baş psixiatr onu da deyib ki, stress və depressiv əlamətləri olan psixi xəstəliklərə daha çox 16 -35 yaş qrupunda insanlarda rast gəlinir: "Onların arasında qadınlar da var kişilər də. Amma şizofreniya kimi ağır psixi xəstəliklərin sayında elə artım yoxdur". 

Psixoloq Elnur Rüstəmov da son vaxtlar stress və depressiv əlamətlərlə müşahidə olunan psixi xəstələrin psixoloqlara tez-tez müraciət etdiyini söyləyir. Onun sözlərinə görə, bu cür psixi xəstəliklərin sayının artması insanların daha çox informasiya qəbul etməsi nəticəsində yaranır. İnformasiyaya bağlılıq gərginliyi də artırır: "Bu insanların ruh halına öz mənfi təsirini göstərir. Bir müddət sonra insanlarda əhval-ruhiyə dəyişir. Bununla bərabər bəzi vərdişlər meydana çıxır. Əvvəl əlini bir dəfə yuyan insan tez-tez əlini yuyur, təmizliyə aşırı bağlı olur. Təmizlədiyi, səliqəyə saldığı evdə səhman, təmizlik pozulanda bundan əsəbləşir, evə qonaq gəlməyini istəmir, qonaq gəldikdə istəyir ki, qonaq getdikdən sonra evdə yenidən təmizlik aparsın sairə. Namaz qılan insanlar bəzən təkrar-təkrar dəstəmaz alır. Dəstəmaz zamanı elə hesab edirlər ki, əllərini təmiz yumadılar, dəstəmazda təmizliyə düzgün riayət etmədilər".

Psixoloq deyir ki, stress və depressiv əlamətləri olan xəstəliklər müalicəyə tabe olur. Və bu cür psixi xəstəliklərin müalicəsi effekt verir: " Bu cür psixi xəstəliklər iki cür müalicə olunur. Psixoloji dəstək və dərmanlarla müalicə ilə. Hər bir halda psixi dəstək vacibdir". 

E. Rüstəmov deyir ki, dünyada olduğu kimi Azərbaycanda da artan xətt üzrə inkişaf edən stress və depressiv xəstəliklərin  vaxtında müalicəsinin vacib olduğunu söyləyir. Onun sözlərinə görə, bu cür psixi xəstəliklər müalicə edilməzsə ailədaxili konfliktlərə, valideynıərin öz doğma övladı, həyat yoldaşı ilə belə münasibətlərinin korlanmasına gətirib çıxarda  bilir.