Avropa gənc alimlərinin soyqırım faktlarına baxışları” mövzusunda keçirilən Beynəlxalq Forum iştirakçılarının beynəlxalq qurumlara və dünya elmi ictimaiyyətinə MÜRACİƏTİ

12 Oktyabr 2015 18:00 (UTC+04:00)

05-08 oktyabr 2015-ci il tarixində Bakı şəhərində keçirilən "Avropa gənc alimlərinin soyqırım faktlarına baxışları" mövzusunda Beynəlxalq Forum iştirakçıları olaraq bəşəriyyət üçün böyük təhlükə olan və insanlığa yaraşmayan soyqırım və xalqlara qarşı törədilən cinayətləri birmənalı olaraq pisləyir, gələcəkdə bu kimi cinayətlərin təkrarlanmaması üçün beynəlxalq qurumların bu kimi məsələlərdə obyektiv, qərəzsiz və ədalətli mövqe tutmalarını, soyqırım cinayətlərinin günahkarlarının ən ağır cəza ilə mühakimə olunmalarını beynəlxalq ədalət məhkəməsindən tələb edirik. Eyni zamanda genosid faktlarının düzgün qiymətləndirilməsi və tarixi qiymət almasını təmin etmək, siyasi institutların məqsədli və qərəzli, həmçinin ikili standartlardan çıxış etmək imkanlarını aradan qaldırmaq məqsədilə dünya elmi ictimaiyyətini bəşəriyyətdə baş vermiş və bu gün də davam edən soyqırım faktlarının elmi baxımdan düzgün təhlil və tədqiq etməkdə səfərbər olmağa dəvət edirik. Bəyan edirik ki, xalqlara qarşı cinayətlər törədən qüvvələr cəzasız qaldıqları təqdirdə bəşəriyyət daha geniş miqyasda yeni-yeni faciələrin şahidi olacaqdır.

Təəssüflənirik ki, 200 il ərzində soyqırımdan əziyyət çəkmiş Azərbaycan xalqının bu problemi beynəlxalq miqyasda indiyədək düzgün, obyektiv və ədalətli qiymətini almamış və azərbaycanlıların haqları kobud şəkildə pozulmaqda davam etmişdir. Biz, forum iştirakçıları olaraq Quba Soyqırımı Memorial Kompleksini ziyarət edərkən genosidə məruz qalmış kütləvi insan qırğını faktlarını sübut edən, bəşəriyyət və insanlıq üçün utanc gətirən soyqırım qurbanlarının sümüklərinin qalıqlarinın qarşısında özümüzü mühakimə edilmiş halda hiss edərək böyük xəcalət hissləri keçirdik.

Rüfət

Azərbaycan xalqına qarşı müasir tarixi dövrdə, 23 il bundan əvvəl törədilmiş növbəti cinayət hadisəsinin baş verməsi daha dəhşətlidir. Xocalı soyqırımının bütün foto və video çəkilişləri sübut kimi olduqca təsirlidir. 1992-ci ilin fevral ayının 25-dən 26-a keçən gecə Azərbaycanın Xocalı şəhərinin yer üzündən silinməsinə Avropa Parlamenti və digər beynəlxalq qurumların nəyə görə susmaqla cavab verməsi sualını hər bir azərbaycanlı insanının gözlərindən oxumaq elə də çətin deyildir. Xocalıda 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfərin qətlə yetirilməsi, 8 ailənin tamamilə məhv edilməsi, 25 uşağın hər iki valideynini, 130 uşağın valideynlərindən birini itirməsi, 1275 nəfər xocalılının əsir, 150 nəfərin itkin düşməsi və ən nəhayətdə, milli, dini və separatçı zəmində yaradımış münaqişənin məhsulu əlbəttə ki böyük bir soyqırımdır. Bu hadisənin canlı şahidləri hazırda həyatdadırlar və bu insanlar döğmalarının qatillərinin bu gün Ermənistan siyasi rəhbərliyində olmasından, beynəlxalq tribunalardan çıxışlar etməsindən, demokratik dövlətlərin başçıları tərəfindən heç nə olmamış kimi qəbul edilməsindən çox hiddətli və qəzəblidirlər. Həmçinin, bu hadisənin Avropa və digər dünya dövlətləri tərəfindən hüquqi qiymətini almamasından olduqca bədbindirlər. Bu insanların dünyada artıq ədalətin mövcudluğuna inamları itməkdədir.

Biz forum iştirakçıları olaraq Xocalı faciəsinin layiqli qiymətini almasına çağırış edərək dünyanın bütün sülhpərvər insanlarını bu məsələdə birliyə səsləyirik. Biz yüzlərlə günahsız, dinc, mülki insanın vəhşicəsinə həyatlarını itirməsindən kədərimizi ifadə edərək dünya emi ictimaiyyətini üzərlərinə düşən insanlıq missiyasını dərindən hiss etməyə və bu yükü daşımağa səsləyirik. Biz forum iştirakçıları olaraq beynəlxalq qurumları ədalətli olmağa, qərarların qəbulunda ikili standartlardan, dini-milli meyillərdən uzaq olmağa çağırırıq.