"Neft Daşları"nda yeni quyu qazılır

12 Oktyabr 2015 18:33 (UTC+04:00)

Movqe.az SOCAR-ın saytına istinadən məlumat verir ki, "Azneft" İstehsalat Birliyi "Neft Daşları" Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1830 metrdir.


Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.