Saatlıda avtomobillə vurulan piyada xəstəxanada ölüb

12 Oktyabr 2015 18:42 (UTC+04:00)

Movqe.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Hacıqabul-Bəhrəmtəpə yolunun 64-cü kilometrliyində, Saatlı rayonunun Potubəyli kəndi ərazisində qeydə alınıb. Saatlı rayonunun Gomuşçu kənd sakini, Eynullayev Eynulla Əli oğlu idarə etdiyi "QAZ 31" markalı, 49 BE 626 dövlət nömrə nişanlı avtomobillə Potubəyli kənd sakini, 1930-cu il təvəllüdlü Azadov Əliş Müslim oğlunu vurub. Piyada Saatlı Rayon Xəstəxanasına çatdırıldıqdan bir neçə dəqiqə sonra dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.