Kyaerin ən ödənişli danimarkalı olduğu iddia edilir

12 Oktyabr 2015 18:50 (UTC+04:00)

"Fenerbahçe"nin ötən yay transfer etdiyi Simon Kyaerin Danimarka millisində ən çox məvacib alan futbolçu olduğu iddia edilir. Movqe.az məlumat verir ki, Danimarka mətbuatı 26 yaşlı müdafiəçinin "sarı lacivərdli" klubdan illik 4 milyon avro alacağını yazır. Bu isə milli komandanın digər futbolçuları üçün əlçatmaz məbləğdir.

Kyaer isə bunu təkzib edərək "Fenerbahçe"də pul üçün oynamadığını bildirib. Xatırladaq ki, İstanbul klubu müdafiəçini 7.65 milyon avroya transfer etdiyini açıqlamış, amma transferin maliyyə detallarını açmamışdı.