Rusiya Ukraynaya təbii qaz ixracını bərpa edib

12 Oktyabr 2015 19:45 (UTC+04:00)

Movqe.az məlumat verir ki, bu barədə "Qazprom"un idarə heyətinin sədri Aleksey Miller məlumat verib. O bildirib ki, Ukraynanın "Naftoqaz" şirkəti oktyabrda qaz tədarükü üçün "Qazprom"a 234 milyon dollar ödəniş edib.


Qeyd edək ki, sentyabrın sonlarında Rusiya ilə Ukrayna təbii qazın alğı-satqısının bərpa edilməsi ilə bağlı razılığa gəliblər. Razılaşmaya görə Rusiya satdığı qazın qiymətində endirim edəcək və bu il oktyabrın 1-dən satdığı qazın hər min kubmetrinə görə 234 ABŞ dolları alacaq.


Xatırladaq ki, bu il iyulun 1-də Rusiya min kubmetr təbii qaz üçün Ukraynaya 247 dollar təklif etmişdi. Keçənilki qışda olduğu kimi cari ildə də 100 dollarlıq endirim istəyən Ukrayna isə bu təklifi rədd etmişdi.