Bakıda bir sıra prospekt və küçələrdə avtomobillərin sıxlığı müşahidə edilir

13 Oktyabr 2015 10:20 (UTC+04:00)

Səhər saatlarında Bakının bir çox yollarında nəqliyyatın hərəkətində nisbi və qeyri-nisbi sıxlıq qeydə alınıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, hazırda Bakı-Sumqayıt şosesində (paytaxta doğru), Ziya Bünyadov prospekti (hər iki istiqamətdə nisbi sıxlıq), Azadlıq prospekti (hər istiqamətdə - əsasən 28 May metrosuna doğru), Abdulvahab Salamzadə küçəsində, Tbilisi prospektində, İnşaatçılar prospektində (iki istiqamətdə A. Bakıxanov küç. kəsişmə), Səməd Vurğun küçəsində nəqliyyatın sıxlığı müşahidə edilir.

Eyni zamanda Ş.İ.Xətai prospekti (Təhsil Nazirliyinin qarşısı), Yusif Səfərov küçəsi (Neftçilər Xəstəxanasının qarşında), Afiyəddin Cəlilov küçəsi, Cavanşir körpüsü və Mikayıl Müşfiq küçəsində (təmir işləri ilə əlaqədar) avtomobillər sıx hərəkət edirlər.