Bolqarıstan millisinin baş məşqçisi: "Heyətə dəvət olunan gənclərdən bəziləri öz komandalarında oynamırlar"

13 Oktyabr 2015 11:25 (UTC+04:00)

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində bu gün Sofiyada Azərbaycan millisi ilə qarşılaşacaq Bolqarıstan seçməsinin baş məşqçisi İvaylo Petev oyun öncəsi mətbuat konfransı keçirib.Movqe.az  Goal.az-a isitnadən məlumat  verir ki, Petev oyun barədə belə danışıb:

"Yeni komanda qurmaq asan deyil. Bunun üçün vaxt lazımdı. Heyətə dəvət olunan gənclərdən bəziləri öz komandalarında oynamırlar. Bizim üçün əsas problem budu. 4-cü yeri tutmaq bizə heç nə verməyəcək. Əsas odu ki, Azərbaycanla oyunda komandamız yüksək səviyyəli oyun nümayiş etdirsin.

Məqsədimiz pley-offa vəsiqə qazanmaq idi. Bunu bacarmadıq. Əsas səbəblərdən biri odu ki, yığmanın bir neçə üzvü öz komandalarında mütəmadi oynamırlar. Bizim üçün ən çətin oyun Norveçlə matç oldu. Həmin görüşdə məğlub olduqdan sonra şansı əldən verdik.

Eksperimentlər edirəm. Zaqrebdə olduğu kimi, sabahkı matçda da heyətdə yeni futbolçulara şans verəcəm. Azərbaycan futbolu yüksəlişdədi. Həm klublar, həm də milliyə bunu aid etmək olar. Məncə, sabah çox maraqlı oyun olacaq. Azərbaycanla matçda konsentrasiyanı ələ almalı, aqressiv oynamalı və üstünlüyü rəqibə verməməliyik. Azərbaycan yığmasının üstün tərəfləri var və biz bunu bilirik. Hər şey bizdən asılıdı.

Keçən il "Qəbələ" ilə danışıq aparan, ancaq son anda keçidi alınmayan Petev bu məsələyə qısaca toxunub: "Qəbələ"yə uğurlar arzu edirəm. Bu məsələ artıq geridə qalıb. Danışıqların konkret hansı səbəbdən baş tutmadığını açıqlamq istəmirəm".