Azərbaycanda zəlzələ davam edəcək-Qurban Yetirmişli

13 Oktyabr 2015 11:38 (UTC+04:00)

Bu gün yerli vaxtla saat 05:13-də Şəkidən 30 km cənub şərqdə, Oğuz rayonu ərazisində zəlzələ baş verib. Bu hadisə həmin zonada yaşayan insanlar arasında müəyyən narahatçılığa səbəb olub. Zəlzələ Rixter cədvəli üzrə 3 bal gücündə hiss olunsa da, sentyabrın 4-də 5, 9 bal gücündə olan zəlzələnin təkrarlanma  ehtimalı hələ də insanları təşvişdə saxlayır. Azərbaycan Milli  Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli   bu cür təkanların  hələ bir müddət baş verəcəyini söyləyir: "Bir neçə gün idi ki, Oğuzda təkanlar qeydə alınmırdı. Bu gün yenidən enerji boşalması getdi. Ümumiyyətlə zəlzələ fon səviyyəsinə enənə qədər bu cür təkanlar olacaq. Yəqin bu cür təkanlar hələ bir ay, 20 gün müddətində davam edəcək. Amma yüksək maqnitudada zəlzələnin Oğuzda yenidən  baş verməsi gözlənilmir". 

Xatırladaq ki, bu gün Oğuzda maqnitudası 4, dərinliyi 16 km, 3 bala qədər hiss olunan

zəlzələ olub.