Avtobusda həyat yoldaşını öldürən şəxsə 18 il iş verilib

13 Oktyabr 2015 12:26 (UTC+04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Namiq Məmmədovun cinayət işi üzrə  məhkəmə prosesi yekunlaşıb.

 

Movqe.az-ın məlumatına görə, məhkəmənin hökmü ilə N. Məmmədov 18 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, N. Məmmədov aprelin 8-də 135 saylı sərnişin avtobusunda həyat yoldaşı Fatma Şəfiyevanı bıçaqlayaraq qətlə yetirib.