Allahşükür Paşazadə: “Şamaxı Rəsədxanası ilə birgə tərtib etdiyimiz dini təqvimlərə riayət etməyənlər cəzalandırılmalıdır”

13 Oktyabr 2015 12:55 (UTC+04:00)

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə idarənin Şamaxı Rəsədxanası ilə birgə tərtib etdiyi dini təqvimlərə riayət etməyənlərin cəzalandırılması ilə bağlı çağırış edib.


Movqe.az-ın məlumatına görə, QMİ-də keçirilən tədbirdə şeyxülislam bildirib ki, bu qaydaları pozanlar ölkədə ayrı-seçkilik salmaq istəyənlərdir ki, bu da dövlətçilik əleyhinə çıxmaq və parçalanma deməkdir.

A. Paşazadə təklif edib ki, QMİ-nin Qazılar Şurasının üzvləri və səlahiyyətli nümayəndələri Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi və onun yerlərdəki nümayəndələri ilə əməkdaşlıq şəraitində ölkə ərazisində azanın verilməsi ilə bağlı QMİ-nin və Şamaxı Rəsədxanasının birlikdə hazırladıqları təqvimə riayət olunmasına birgə nəzarət həyata keçirsinlər və bu təqvimə əməl etməyənlər cəzalandırılsın: "Bunun əleyhinə çıxan məscidlər və ya başqa qüvvələr ölkədə parçalanma yaratmaq istəyənlərdir".