Əjdərbəy və Təzə Pir məscidlərinə yeni axundlar təyin olunub

13 Oktyabr 2015 13:30 (UTC+04:00)

Bakıdakı Əjdərbəy və Təzə Pir məscidlərinə yeni axundlar təyin olunub.

Movqe.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bu gün keçirdiyi tədbirdə bildirib. Təzə Pir məscidinə Hacı Mircəfər Eyyubov, Əjdərbəy məscidinə isə Şeyx Cavid Məmmədov təyin olunub. Təzə Pir məscidinin axundu Hacı Əhməd bir müddət əvvəl rəhmətə gedib.

Əjdərbəy məscidində isə daha bir vakant yer olduğu üçün axund təyin olunub.