İntizam Komitəsinin növbəti iclası keçirilib

13 Oktyabr 2015 14:54 (UTC+04:00)

Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib.

Movqe.az-ın Goal.az-a istinadən məlumatına görə, I Divizionun V turunun "Neftçala" – "Şərurspor" matçında "Şərurspor" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimələnib.

I Divizionun V turunun "Göyəzən" – MOİK matçında MOİK klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimələnib.

Oyunun 90 + 3-cü dəqiqəsində MOİK klubunun 3 №-li futbolçusu Azər Həbibov azərkeşləri təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 200 manat cərimələnib.

I Divizionun V turunun "Şahdağ" – "Turan Tovuz" matçının 35-ci dəqiqəsində "Şahdağ" klubunun 8 №-li futbolçusu İqrar Səmədov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyun cəzalanıb, klub 400 manat cərimələnib.

I Divizionun V turunun "Energetik" – "Zaqatala" matçında "Energetik" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimələnib.

Oyunun 44-cü dəqiqəsində "Energetik" klubunun 14 №-li futbolçusu Ruslan Həmidov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılarkən hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyunluq cəzalanıb, klub 400 manat cərimə olunub.

I Divizionun V turunun "Bakı" – "Şəmkir" matçında "Şəmkir" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimələnib.

Oyunun 5–ci dəqiqəsində "Bakı" klubunun 46 №-li futbolçusu Yusup Xakimov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub.