Son hücumlarda 206 nəfər həlak olub

16 Oktyabr 2012 16:37 (UTC+04:00)
Movqe.Az bildirir ki, Əsəd gücləri paytaxt Şama bomba yağdırıb. Aralarında Hələb və Xumusun da olduğu çox sayda şəhərdə rəhbərlik əleyhdarlarına atəş açılıb.Əsəd güclərinin hücumlarda kassetli döyüş sursatından da istifadə etdikləri bildirilib. Mərkəzi Amerika Birləşmiş Ştatlarında olan İnsan Haqqları İzləmə Təşkilatı, Əsəd güclərinin kassetli döyüş sursatından istifadə etdiyinə dair dəlillər olduğu xəbərini verib. Müxaliflərin İdlib, Hələb və Xumusda çəkərək internetə yüklədiyi şəkillərdə də kassetli döyüş sursatının qalıqları göstərilir. Digər tərəfdən Azad Suriya Ordusu, Hələbdə rus istehsalı bir döyüş təyyarəsini məğlub edib. İnternetə yüklənən videolarda vurulan təyyarə sürətlə düşür və yerə çarparaq alov topuna dönür. "Mig" tipli təyyarənin paraşütlə enən iki pilotunun muxaliflər tərəfindən əsir alındığı bildirilib.

Xatırladaq ki, digər tərəfdən Suriya böhranının həlli ilə bağlı beynəlxalq səylər də davam edir. Belə ki, Birləşmiş Millətlər Təşkilatının və Ərəb Birliyinin Suriyadakı xüsusi nümayəndəsi Əl-Ahdar əl-İbrahimi, qurban bayramında atəşkəs üçün İrandan dəstək istəyib. Bu ölkədəki səfərindən sonra İraqa gedən İbrahimi, Baş nazir Nuri Maliki ilə görüşüb.