ABŞ Rusiya və Çini tənqid edib

16 Oktyabr 2012 16:59 (UTC+04:00)
Movqe.az xəbər verir ki, ABŞ-ın BMT nəzdindəki səfiri Suzan E. Rays BMT Təhlükəsizlik Şurasının açıq iclasında etdiyi nitqdə, Suriyada şiddətin və qırğınların artdığını , ABŞ-ın təhlükəsizlik şurası üzvlərinin hamısının tarixin doğru tərəfində olduqlarını gözləməyəcəklərini bildirərək, Rusiya və Çini tarixin axışında səhv tərəfdə olmaqla tənqid edib.Səfir Rays, Suriyadakı vəziyyəti dəhşət adlandıraraq vəziyyətin hər keçən gün daha da pisləşdiyini vurğulayıb. Rays, Əsəd rejiminin şiddəti artırdığını, on minlərlə insanı öldürdüyünü, milyonlarla insanı evlərindən didəegin saldığını, bu vəziyyətin bölgə sülhünü təhdid etdiyini bildirib.Səfir Rays, Suriya rejimini dəstəkləyən Rusiya və Çini nəzərdə tutaraq, ABŞ-ın Şuranın digər üzvlərinin tarixin doğru tərəfində olmalarını gözləməyəcəklərini deyib.