Lənkəranda adam bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

13 Oktyabr 2015 16:42 (UTC+04:00)

Lənkəranda adam bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Movqe.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Lənkəran şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 16-da Anar Rufullayevə bıçaqla xəsarət yetirmiş şəhər sakini Qurban Təhməzov yaxalanıb.

Faktla bağlı araşdırma aparılır.