Pakistanda torpaq sürüşməsi nəticəsində azı 13 nəfər həlak olub

13 Oktyabr 2015 21:00 (UTC+04:00)

Ötən gecə Pakistanın Kəraçi şəhərinin ətrafında torpaq sürüşməsi baş verib və nəticədə azı 13 nəfər həlak olub.


Yerli hakimiyyət orqanlarının məlumatına görə, həlak olanlar bir neçə gün əvvəl dağın ətəyində çadır quraraq məskən salan bir ailənin üzvləridir.


İlkin məlumata görə, həlak olanların yeddisi uşaq, üçü qadındır. Xilasedicilər itkin düşənlərin axtarılması istiqamətində iş aparır.