Nisə küsdüyü Brilliantı qonaq çağıracaq

13 Oktyabr 2015 23:00 (UTC+04:00)

Xalq artisti Nisə Qasımova ilə Brilliant Dadaşova arasındakı buzlar əriməyə başlayıb.


Movqe.az-ın məlumatına görə, B.Dadaşova "ATV Maqazin" verilişinə açıqlamasında qarşı tərəflə küsmədiyini bildirmişdi:


"Aramzıda nə buz, nə duz var. Niyə küsək ki? Görmüsünüz, Nisə xanımın ünvanına xoşagəlməz söz işlədim?".


N.Qasımova isə ATV-də yayımlanan "Mənim dünyam" verilişinə B.Dadaşovanı qonaq kimi dəvət etməsi ilə bağlı sualları cavablandırıb:


"Niyə də olmasın? Bizim aramızdakı küskünlük deyil. Mənim incikliyim olub. Sağlıq olsun. Demirəm, heç vaxt barışmayacam. Həyat bizi elə bir anda qovuşdurar ki, barışarıq. Bu namərdlik yox, mərdlikdir".


Qeyd edək ki, B.Dadaşova N.Qasımovanın "Mənim dünyam" və "Yalvarıram" mahnısını icazəsiz oxuyub. Bu da qarşı tərəfi əsəbiləşdirib.