Aktyordan ona lağ edənlərə cavab - foto

14 Oktyabr 2015 00:30 (UTC+04:00)

Bir müddət əvvəl ABŞ mediası aktyor Vin Dizelin hədsiz kökəldiyini göstərən fotolar yayımlamışdı.


Movqe.az-ın məlumatına görə, sosial mediada istifadəçilər "Forsaj" filminin ulduzunun qeyri-sağlam fiziki formaya düşməsinə təəssüflənmiş, hətta lağa da qoymuşdular.


48 yaşlı aktyor dünən İnstaqramda yayılan fotolara cavab olaraq yeni paylaşımlar edib. V.Dizel hələ də formada olduğunu göstərmək üçün bədənini göstərən 2 şəkil və məşqindən video paylaşıb.