Fransalı futbolçu Cibriil Sisse həbs edilib

13 Oktyabr 2015 18:15 (UTC+04:00)

Fransa polisi futbol üzrə ölkə yığmasının keçmiş hücumçusu Cibrilya Sisseni həbs edib.


Movqe.az-ın xarici mətbuata istinadən məlumatına görə, o, hazırda Fransanın "Lion" komandasının şərəfini qoruyan həmyerlisi Matye Valbuenanı şantaj etməkdə təqsirləndirilir.

C. Sisse ilə yanaşı, adları açıqlanmayan daha 3 nəfər həbs edilib. Onlar Valbuenanı intim məzmunlu video ilə şantaj etməkdə təqsirləndirilirlər.

Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, şantaj məsələsində C. Sissenin rolu az olduğuna görə bu yaxınlarda o, sərbəst buraxılacaq.

Xatırladaq ki, M. Valbuena C. Sisse ilə birlikdə 2006-2009-cu illərdə Fransanın "Marsel" komandasının şərəfini qoruyub.