Rusiyanın NATO-dakı nümayəndəsi: "Əfqanıstana 4 min İŞİD döyüşçüsü daxil olub"

13 Oktyabr 2015 18:30 (UTC+04:00)

"Əfqanıstana 4 min İŞİD döyüşçüsü daxil olub".

Movqe.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Rusiyanın NATO-dakı daimi nümayəndəsi Aleksandr Qruşko bildirib.

O, Əfqanıstan təhlükəsizlik qüvvələrinin xarici yardım olmadan ölkədəki vəziyyətə nəzarət edə bilmədiyini söyləyib.

"Kunduz şəhəri hamı üçün soyuq duş oldu. Bunu NATO-nun baş qərargahında da gizlətmirlər. Şəhər o qədər də böyük olmayan qüvvələr tərəfindən ələ keçirilib. Əfqanıstanın təhlükəsizlik qüvvələri çox çətin vəziyyətlə üzləşiblər. Biz təkcə "Taliban" hərəkatının gücləndiyini görmürük, İŞİD-in Əfqanıstan ərazisinə sızmasını da müşahidə edirik. Bu, xüsusi narahatçılıq doğurur. Hesablamalara görə, Əfqanıstana keçən İŞİD üzvlərinin sayı təxminən 4 min nəfərdir. Onların sayı getdikcə artır", - deyə o vurğulayıb.