Azərbaycan prezidenti Səudiyyə Ərəbistanı ilə imzalanmış sazişi təsdiqləyib

13 Oktyabr 2015 18:37 (UTC+04:00)

Azərbaycan prezidenti İlham Əliyev ölkəmizlə Səudiyyə Ərəbistanı arasında hava əlaqəsini nəzərdə tutan sazişi təsdiq edib.

Movqe.az-ın məlumatına görə, dövlət başçısı 2015-ci il iyulun 8-də Ciddə şəhərində imzalanmış "Azərbaycan hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığının hökuməti arasında hava əlaqəsi haqqında" sazişin təsdiq edilməsi barədə qanun imzalayıb.