"Min bir gecə"nin aktyoru hər kəsi ağlatdı - video

14 Oktyabr 2015 11:50 (UTC+04:00)

Türk aktyor Ergün Demir Argentina televiziya kanalında iştirak etdiyi proqramda qarşılaşdığı sürprizə görə ağlayıb.


Movqe.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, "Min bir gecə" serialındakı Ali Kemal obrazı ilə tanınan aktyor beş aydır ailəsindən və ölkəsindən uzaqda rəqs yarışmasında iştirak edir.


O, səhnədə ondan xəbərsiz Argentinaya gələn anasını görüncə sevincindən nə edəcəyini bilməyib. Aparıcı Marselo Tinellini və münsiflər heyətini ağladan aktyor "özümü dünyanın ən xoşbəxt insanı hiss etdim" deyərək hisslərini bölüşüb.