Bolqarıstan viza verilməsində dəyişiklik etmək niyyətindədir

14 Oktyabr 2015 12:05 (UTC+04:00)

Bolqarıstanın Xarici İşlər Nazirliyi əcnəbi vətəndaşlarla bağlı qanuna əlavələri ictimai müzakirəyə çıxarıb.

Yeni təkliflərə əsasən Bolqarıstanın xarici ölkələrdəki səfirlikləri və konsulluqları qısa və uzunmüddətli vizaların verilməsi üçün namizədlərdən biometrik şəxsi məlumatları almalıdırlar. Yeniliyin məqsədi ölkəyə üz tutan xaricilərə nəzarəti gücləndirmək və yaranmış gərgin miqrasiya probleminin həllinə kömək etməkdir.