Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

14 Oktyabr 2015 12:32 (UTC+04:00)

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, oktyabrın 13-də saat 04:50 radələrində Azadlıq prospektində paytaxt sakini, 1963-cü il təvəllüdlü Namiq Fərəcov idarə etdiyi London taksisi ilə 1966-cı il təvəllüdlü Hacıbaba Tarverdiyevi vurub. H. Tarverdiyev aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.