"Bu Şəhərdə" iki şirkət yaradıb

14 Oktyabr 2015 12:54 (UTC+04:00)

"Bu Şəhərdə Media" MMC və "Bu Şəhərdə PR" MMC Vergilər Nazirliyində qeydiyyatdan keçib.


Movqe.az-ın verdiyi xəbərə görə, hər iki şirkət cari ilin sentyabrın 30-da qeydiyyata alınıb və hər birinin nizamnamə kapitalı 10 manatdır.

"Bu Şəhərdə Media" MMC-nin qanuni təmsilçisi Coşqun Rəhimov, "Bu Şəhərdə PR" MMC-nin qanuni təmsilçisi isə Rəfail İsgəndərovdur.