Ərdoğan: Ankaradakı terror aktının kökləri Suriyadan qaynaqlanır

14 Oktyabr 2015 13:06 (UTC+04:00)

Türkiyə hökuməti Ankaradakı terror aktının Suriya ilə əlaqəli olduğunu təsdiqləyən kəşfiyyat məlumatlarına malikdir.


Movqe.az-ın məlumatına görə, bunu ötən gün  Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.  

 

"Terror hücumunun köklərinin Suriyada olduğunu təsdiqləyən kəşfiyyat məlumatları var", Ərdoğan mətbuat konfransında bildirib.  

Prezident əlavə edib ki, terror aktının istintaqında İŞİD və PKK-nın hadisə ilə əlaqəli olduğu da  daxil olmaqla bütün versiyalar araşdırılır.

 

Qeyd edək ki, iki terrorçu-kamikadze tərəfindən törədilmiş partlayışlar nəticəsində 97 nəfər ölüb. İstintaqın əsas versiyası isə İŞİD-in partlayışlarla əlaqəli olmasıdır.