ABŞ Suriyada uçuşların təhlükəsizliyi ilə bağlı Rusiya ilə danışıqlara hazır olduğunu açıqlayıb

14 Oktyabr 2015 13:18 (UTC+04:00)

"ABŞ Rusiya ilə Suriyada uçuşların təhlükəsizliyi ilə bağlı danışıqlar aparmağa hazırdır".


Movqe.az-ın məlumatına görə, bu sözləri ABŞ dövlət katibi Con Kerri Harvard Universitetinin tələbə və professor heyəti ilə görüşdə deyib.

 

"ABŞ öz təyyarələrinin Suriya üzərində təhlükəsiz uçması, pilotların ölməməsi və bunun beynəlxalq böhrana səbəb olmaması üçün danışıqlara hazırdır", - deyə dövlət katibi bildirib. 

 

C.Kerri qeyd edib ki, Rusiya tərəfi ilə bu məsələ ilə bağlı konstruktiv dialoqa ümid edir.

 

Daha əvvəl Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti də Suriyada aviasiyanın uşusu zamanı təhlükəsizliyin təmin olunması ilə bağlı təklifin mətnini hazırladığını və ABŞ tərəfinə göndərdiyini açıqlayıb. Həmçinin qeyd olunub ki, rusiyalı mütəxəssislər oktyabrın 14-də növbəti videokonfrans keçirməyə hazırdırlar.