Bakıda “London” taksisi piyadanı vurub öldürüb

14 Oktyabr 2015 13:24 (UTC+04:00)

Bakıda "London" taksisi piyadanı vurub. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, oktyabrın 13-ü saat 04:50 radələrində, Nəsimi rayonu Azadlıq prospektində Bakı şəhər sakini 1963-cü il təvəllüdlü Namiq Fərəcov idarə etdiyi "London" taksisi ilə 1966-cı il təvəllüdlü Hacıbaba Tarverdiyevi vurub. H.Tarverdiyev aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.