DSMF: Pensiyaçılar 880-dən çox bankomatdan istifadə edir

14 Oktyabr 2015 13:30 (UTC+04:00)

Cari ildə pensiya təyinatının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən "Mərkəzi Çağrı Sistemi" ("190-0" nömrəli telefon məlumat xidməti) vasitəsi ilə həyata keçirilməsi, habelə "ASAN xidmət" mərkəzlərində əmək pensiyalarının təyinatı xidmətinin təşkili işi daha da genişləndirilib.

 

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, hesabat ili ərzində pensiyaların plastik kartlarla ödənişinin kənd yerlərində yaşayan pensiyaçıları əhatə etməsi tədbirləri davam etdirilib.

 

Hazırda pensiyaçıların 100%-nin pensiyasının plastik kartlarla ödənilməsi, bu məqsədlə ümumilikdə 881, o cümlədən kənd və qəsəbələrdə 210 bankomatın istifadəsi təmin olunub.