Bolqarıstan viza verilməsində dəyişiklik etmək niyyətindədir

14 Oktyabr 2015 13:47 (UTC+04:00)

Yeni təkliflərə əsasən Bolqarıstanın xarici ölkələrdəki səfirlikləri və konsulluqları qısa və uzunmüddətli vizaların verilməsi üçün namizədlərdən biometrik şəxsi məlumatları almalıdırlar. Yeniliyin məqsədi ölkəyə üz tutan xaricilərə nəzarəti gücləndirmək və yaranmış gərgin miqrasiya probleminin həllinə kömək etməkdir.