Jurnalistdən Ərdoğana sərt sual

14 Oktyabr 2015 13:15 (UTC+04:00)

Finaldiyadan olan bir jurnalist mətbuat konfransı zamanı Ərdoğana "Siz diktatorsunuzmu?" sualını ünvanlayıb.

Movqe.az türk mətbuatına istinadən məlumat verir ki,Ərdoğan bu sual üzərinə Finlandiyadan olan jurnalistin harada çalışdığını maraq edərək, "Hansı qəzetdən?" deyə soruşub. Sonra jurnalistin sualına cavab verən Ərdoğan bildirib ki,diktatorun olduğu bir ölkədə hər halda belə bir sual verə bilməzdiniz. Diktatorun olduğu bir ölkədə o ölkənin baş naziri və prezidentə ailəsi daxil sərhədsiz təqhqirləri olduğunu görə bilməzsiniz. Azadlıqların sərhədsiz yaşandığı ölkə Türkiyədir.Həttta Türkiyənin bu mövzuda Avropa ölkələri ilə də yarışa biləcək bir ölkə olduğunu vurğulayan Rəcəp Tayyip Ərdoğan ictimai və sosyal medyada, ailəm, həyat yoldaşım, uşaqlarım başda olmaq üzrə hər cür təhqirlə rastlaşdığını qeyd edib.Prezdient bildirib ki, 13 illik müddətdə istər Baş nazir olduğum zamanlarda,istərsə də prezident olduğum zamanda buna səbr göstərmişəm və hal-hazırda da göstərirəm.