Ankarada törədilən teraktla bağlı kamikadzenin şəxsiyyəti müəyyənləşdirilib

14 Oktyabr 2015 16:00 (UTC+04:00)

Oktyabrın 10-da Ankarada terror aktını törədən kamikadzelərdən birinin şəxsiyyəti və vətəndaşlığı məlum olub. Movqe.az-ın məlumatına görə, bu barədə "Yeni şafak" qəzeti Milli Kəşfiyyat Təşkilatına (MİT) istinadən məlumat verir.


Kamikadze Türkiyə vətəndaşı olub və hazırda onun İŞİD-lə əlaqəsinin olub-olmaması araşdırılır.


Kamikadzenin adı bəzi səbəblərə görə, açıqlanmır.


Qeyd edək ki, oktyabrın 10-da Ankarada törədilmiş terror aktı zamanı 97 nəfər ölüb, 240-dan çox şəxs isə yaralanıb.