İŞİD qruplaşmasının liderlərindən birinin öldürüldüyü təsdiqlənib

14 Oktyabr 2015 21:00 (UTC+04:00)

İŞİD qruplaşması liderlərindən birinin ABŞ Hərbi Hava Qüvvələrinin İraqın Mosul şəhərinə endirdiyi hava zərbəsi nəticəsində öldürüldüyünü təsdiqləyib.


Movqe.az Rusiyanın NTV telekanalına istinadla məlumat verir ki, bombardman zamanı ölən Əbu Mutaza əl-Kuraşi (o, həmçinin Hacı Muutaz kimi tanınırdı) İŞİD qruplaşmasının iyerarxiyasında ikinci şəxs sayılırdı.


Bir qədər əvvəl qruplaşmanın İraq və Suriya ərazilərinə zərbələr endirən ABŞ və Rusiya hərbçilərinə qarşı müharibə elan etdiyi məlum olub.